×
A
A
A
Sazlamalar

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu magistrantlarının imtahanları onlayn davam edir

Bakı, 25 yanvar, AZƏRTAC

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistraturasında təhsil alan tələbələrin 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası təlimatlara uyğun olaraq onlayn keçirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kimyəvi kinetika və kataliz ixtisaslaşması üzrə birinci kurs magistrantlar kimyəvi kinetikanın nəzəriyyələri fənnindən, yüksəkmolekullu birləşmələr kimyası ixtisaslaşması üzrə birinci kurs magistrantlar polimerlər fənnindən, yüksəkmolekullu birləşmələr kimyası və kompozisiya materialları kimyası ixtisaslaşmaları üzrə ikinci kurs magistrantlar polimer-mineral əsaslı hibrid nanokompozitlər fənnindən imtahan veriblər.

Elm və təhsil 2021-01-25 15:18:00