×
A
A
A
Sazlamalar

Sənan Qurbanov “Keşlə” klubuna baş məşqçi təyin olunub

Bakı, 25 yanvar, AZƏRTAC

Bakının “Keşlə” futbol klubunun baş məşqçi vəzifəsinə yeni təyinat gerçəkləşib.
AZƏRTAC paytaxt təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, kollektiv Sənan Qurbanova tapşırılıb. Qırx yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, S.Qurbanov 2018-2019-cu il mövsümündə və 2019-2020-ci il mövsümünün əvvəllərində “Qəbələ”nin baş məşqçisi olub. O, əyalət təmsilçisi ilə Azərbaycan kubokunu qazanıb.

İdman 2021-01-25 12:28:00