×
A
A
A
Sazlamalar

Dünya çempionatında tamaşaçıların iştirakına icazə verilməyəcək

Bakı, 20 yanvar, AZƏRTAC

Almaniyanın Oberstdorf şəhərində keçiriləcək qış idman növləri üzrə dünya çempionatında tamaşaçıların iştirakına icazə verilməyəcək.
AZƏRTAC xəbər verir ki, təşkilatçılar bu addımı təhlükəsizlik baxımından atıblar. Artıq satılmış biletlərin geri qaytarılması prosesinə start verilib.
Qeyd edək ki, çempionat fevralın 23-dən martın 7-dək keçiriləcək.

 

İdman 2021-01-20 07:06:00