×
A
A
A
Sazlamalar

“Müzəffər Sərkərdə” mahnısına klip çəkilib

Bakı, 24 dekabr, AZƏRTAC 

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində digər amillərlə yanaşı, hərbi marş və vətənpərvərlik mahnılarının da mühüm əhəmiyyəti vardır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi “Müzəffər Sərkərdə” mahnısı əsasında (musiqisi Eldar Mansurov, sözləri Abdulla Qurbaninindir) Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi tərəfindən növbəti klip çəkilib.
Qeyd edək ki, Vətən müharibəsindən öncə və müharibənin gedişində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin sözlərinə görkəmli bəstəkarlarımız Xalq artistləri Faiq Sucəddinov, Eldar Mansurov, Əməkdar artist Gövhər Həsənzadə və Azad Zahidin yazdıqları hərbi marş və mahnılar şəxsi heyət tərəfindən böyük maraqla, ruh yüksəkliyi ilə qarşılanıb.

Ordu 2020-12-24 17:49:00