×
A
A
A
Sazlamalar

AZPROMO sahibkarları beynəlxalq sərgidə iştiraka dəvət edir

Bakı, 11 dekabr, AZƏRTAC

Fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində “Gulfood” beynəlxalq qida sərgisi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvət olunur.
Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun rəsmi internet səhifələrində əldə etmək olar.

Sərgilər 2020-12-11 18:54:00