×
A
A
A
Sazlamalar

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Bakı, 11 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Suriyanın Ras əl-Ayn şəhərində xain terror aktı nəticəsində qardaş Türkiyə Respublikası Jandarma Baş Komandanlığının hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, başsağlığında Suriyanın Ras əl-Ayn şəhərində xain terror aktı nəticəsində qardaş Türkiyə Respublikası Jandarma Baş Komandanlığının hərbi qulluqçularının həlak olması və yaralanması haqqında xəbərinin dərin təəssüf və kədər hissi doğurduğu qeyd edilib.
Məktubda şəhid hərbi qulluqçulara Allahdan rəhmət, yaralılara isə şəfa diləyi ifadə olunub.

Ordu 2020-12-11 17:36:00