×
A
A
A
Sazlamalar

Azərbaycan məhsulları “Gulfood” qida sərgisində nümayiş olunacaq

Bakı, 2 dekabr, AZƏRTAC

Gələn il fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Gulfood” beynəlxalq qida sərgisində Azərbaycan məhsulları nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dekabrın 2-də onlayn B2G forumunda deyib.
“Sərgi çərçivəsində sahibkarlarımız görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar”, - deyə Y.Abdullayev qeyd edib.

 

Sərgilər 2020-12-02 14:08:00