Dövlət qulluğu üzrə sınaq imtahanına qeydiyyat yekunlaşıb
Bakı, 26 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə AA, AB, AC, BA, BB qrupları üzrə noyabrın 27-də keçiriləcək elektron sınaq imtahanına qeydiyyat bu gün başa çatıb.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, imtahanda iştirak etmək üçün 114 nəfər (AA - 6, AC - 2, BA - 48, BB - 58) qeydiyyatdan keçib. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.
Xatırladaq ki, sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlardakı eyni test tapşırıqlarından istifadə ediləcək.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır