×
A
A
A
Sazlamalar

Dəniz limanlarında 7,2 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 25 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında dəniz limanlarında 7 milyon 212,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 6 milyon 767,4 min tonunu və ya 93,8 faizini tranzit yüklər təşkil edib. Noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 199,3 min ton olub.
On ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı isə ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq 18,4 min nəfər təşkil edib.

 

Nəqliyyat 2020-11-25 12:45:00