Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin iki iştirakçısı bəlli olub
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.
AZƏRTAC xəbər verir ki, E qrupunda İngiltərənin "Çelsi" klubu Fransanın "Renn" komandasını, İspaniyanın "Sevilya" klubu isə Rusiyada "Krasnodar"ı 2:1 hesabı ilə məğlub edib.
Qazanılan qələbədən sonra "Çelsi" və "Sevilya" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vaxtından əvvəl vəsiqə qazanıblar.
Bu nəticədən sonra "Çelsi" və "Sevilya"nın 10 xalı var.
"Krasnodar" və "Renn" isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər.
Tomas Bax Tokio Olimpiadasının bu yay keçiriləcəyinə əmin olduğunu bildirib
Türkiyə Superliqası: "Fənərbağça" səfər matçında xal itirib
Azərbaycan-Slovakiya oyunu xanım referiyə həvalə olunub
Azərbaycan Milli Paralimpiya Komitəsində Vətən müharibəsi qaziləri ilə ilk görüş keçirilib
Türkiyə Superliqası: “Beşiktaş” səfərdə qələbə qazanaraq liderliyini qoruyub