“Qarabağ”ın sabiq qapıçısı İslandiya çempionu olub
Bakı, 31 oktyabr, AZƏRTAC
Futbol üzrə İslandiya çempionatı və kuboku vaxtından əvvəl başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu addım koronavirus pandemiyası səbəbindən atılıb.
Qərar bu ilin iyununda qurumun idarə heyətinin açıqladığı təhlükəsizlik protokoluna uyğun olaraq qəbul edilib.
On səkkiz turdan sonra 44 xalı olan “Valür” klubu çempionatın sonuna 4 oyun qalmış çempion elan olunub. 2018/2019-cu il mövsümündə “Qarabağ”ın formasını geyinmiş İslandiya millisinin qapıçısı Hannes Halldorsson hazırda bu komandada çıxış edir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir