Futbol üzrə Azərbaycan çempionatının VIII turunun oyunlarına hakim təyinatları açıqlanıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun oyunlarına hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura oktyabrın 31-də Qəbələ şəhər Stadionunda keçiriləcək “Qəbələ” – “Sabah” oyunu ilə start veriləcək. Saat 14:00-da başlayacaq görüşü Vüqar Həsənli idarə edəcək.
Həmin gün baş tutacaq “Zirə” – “Səbail” matçının baş hakimi Orxan Məmmədov olacaq. Saat 16:00-da start götürəcək görüş Zirə Olimpiya Kompleksinin Stadionunda oynanılacaq.
Noyabrın 1-də “Kapital Bank Arena” stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununda baş hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. Matç saat 16:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Qarabağ” – “Keşlə” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 16:00-da start götürəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, 7 turdan sonra turnir cədvəlinə 14 xalla “Sumqayıt” klubu başçılıq edir. Aktivində 13 xal olan “Neftçi” ikinci, 11 xalı olan “Zirə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Qarabağ” (9), “Keşlə” (9), “Sabah” (6), “Səbail" (5) və “Qəbələ” (5) yer alıblar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir