×
A
A
A
Sazlamalar

“Tokio-2020”nin təşkilatçıları könüllülərin hazırlığına başlayıblar

Bakı, 30 oktyabr, AZƏRTAC

Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları könüllülərin hazırlığına başlayıblar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırlıqla bağlı proqram bu ilin fevralında koronavirus pandemiyası və olimpiadanın təxirə salınması səbəbindən dayandırılmışdı.
Dekabradək 5 mindən çox Yaponiya vətəndaşı və əcnəbinin hazırlıq keçməsi planlaşdırılır.
Gələn ilin mart-may ayları arasında Təşkilat Komitəsi hər bir könüllünün ixtisaslaşmasını təyin edəcək. Mayda Olimpiya Oyunlarının könüllülərinə xüsusi forma veriləcək, bundan sonra hazırlığın son mərhələsi birbaşa idman obyektlərində başlayacaq.
Ümumilikdə, Tokio Oyunlarında 80 min könüllü iştirak edəcək.

İdman 2020-10-30 18:48:00