×
A
A
A
Sazlamalar

Bəhreyndə “Renault” akademiyasının gənc üzvlərinin dördgünlük sınaq testləri başlayıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Bəhreyndə “Renault” akademiyasının gənc üzvlərinin dördgünlük sınaq testləri başlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, danimarkalı pilot Kristian Lundqard 2018-ci ildə Formula 1 üzrə dünya çempionatında istifadə olunan - “R.S.18” adlı bolidin sükanı arxasına keçib. K.Lundqard Formula 2 yarışlarında pilotların sıralamasında dördüncü olub.
Formula 3 yarışlarının çempionu Oskar Piastri isə oktyabrın 31-də sınaqlarını davam etdirəcək. On doqquz yaşlı avstraliyalı üçün bu, həm də Formula 1-də debüt olacaq.

İdman 2020-10-30 17:26:00