×
A
A
A
Sazlamalar

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

Bakı, 28 oktyabr, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib.
BNA-dan AZƏRTAC-a bildirilib ki, yüksəkgərginlikli elektrik xəttində təmir işlərinin aparılması ilə əlaqədar hazırda Nobel prospekti, “ASAN xidmət”in yaxınlığında yerləşən işıqfor işləmir. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Nəqliyyat 2020-10-28 18:22:00