×
A
A
A
Sazlamalar

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Bakı, 28 oktyabr, AZƏRTAC 

Azərbaycanda oktyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16°, gündüz 19-21° isti, Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Oktyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı proqnozlaşdırılır.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

 

Ekologiya 2020-10-28 13:47:00