Daha bir şagird düşmən təcavüzünün qurbanı olub
Bakı, 28 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 27-si saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində daha bir şagird düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır