Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına yeni liseylər əlavə olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Qərar qəbul olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qərara əsasən, Gəncə şəhəri və Quba rayonunda yaradılmış fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda yaradılmış kimya-biologiya təmayüllü liseylər siyahıya əlavə edilib.
Qeyd edək ki, ötən dövr ərzində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Gəncə və Qubada, Kimya-biologiya təmayüllü Respublika liseyinin Şirvan və Şəkidə sinifləri yaradılıb. VI və daha yuxarı siniflər olmaqla, Gəncə lisey sinifləri üzrə 12 sinif komplekti, Şirvan lisey sinifləri üzrə 5 sinif komplekti, Şəki lisey sinifləri üzrə 6 sinif komplekti və Quba lisey sinifləri üzrə 8 sinif komplekti mövcuddur.
Sözügedən lisey siniflərində tədrisin təşkili səviyyəsi və fəaliyyət göstərdikləri binaların infrastrukturu lisey siniflərinin müstəqil lisey kimi fəaliyyət göstərməsinə imkan verdiyi nəzərə alınaraq, Gəncə, Şirvan və Şəki şəhərlərində, eləcə də Quba və Şəmkir rayonlarında müvafiq təmayüllər üzrə liseylər yaradılıb.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır