×
A
A
A
Sazlamalar

“Araz”ın Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibi müəyyənləşib

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də futzal üzrə UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün ilkin mərhələsinin püşkü atılıb.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, yeni formatda keçirilən yarışın bu mərhələsində ölkə çempionu “Araz” Yunanıstanın AEK klubu ilə qarşılaşacaq.
Noyabrda baş tutacaq yeganə oyun rəqib meydanında reallaşacaq. Qalib komanda mübarizəni 1/16 finalda davam etdirəcək.

İdman 2020-10-27 17:39:00