×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq

Bakı, 27 oktyabr, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, komandamız Xomutov şəhərində Bakı vaxtı ilə saat 20:00-da Çexiya millisi ilə qarşılaşacaq.
Oyunu macarıstanlı hakim Eszter Urban idarə edəcək. Ona həmyerliləri Xudit Kulçşar və Katalin Török kömək edəcəklər. Dördüncü hakim funksiyasını belaruslu Volqa Tsiareşka yerinə yetirəcək.

İdman 2020-10-27 13:53:00