×
A
A
A
Sazlamalar

Tam orta təhsil bazasında kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Bakı, 27 oktyabr, AZƏRTAC 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin oktyabrın 21-dən başlanan qeydiyyatı oktyabrın 27-də başa çatır.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada bu gün saat 17:00-dək aparılacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək. Qəbul olanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış olmaq mümkündür.
Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak üçün 5934 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1292 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Elm və təhsil 2020-10-27 12:04:00