×
A
A
A
Sazlamalar

Top komandiri kimi düşmənin silah-sursat daşıyan hərbi kolonunu top atəşi ilə məhv edən cəsur əsgərimiz

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri torpaqlarımızın Ermənistan silahlı qüvvələrindən azad edilməsi uğrunda Vətən müharibəsində yüksək qəhrəmanlıq və rəşadət göstərir, hər gün yeni-yeni igidlik nümunəsi yaradırlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan növbəti videoçarxda Azərbaycan Ordusunun kiçik çavuşu Rauf Zərgərlidən söhbət açılır.
Cəsur əsgərimiz sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq ordumuzun keçirdiyi əks-hücum əməliyyatında fəal iştirak edərək top komandiri kimi düşmənin silah-sursat daşıyan hərbi kolonunu top atəşi ilə məhv edib.

Ordu 2020-10-26 19:46:00