Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin qalibi olub
Bakı, 24 oktyabr, AZƏRTAC
Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Rüstəm Orucov böyük uğura imza atıb.
AZƏRTAС xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşdə Monqolustan təmsilçisi Anxjaya Lavjarqal, sonrakı döyüşlərdə bolqarıstanlı Mark Hristov, Rusiya təmsilçisi Musa Moquşkov, daha sonra İsveç təmsilçisi Tommi Maqiasa qalib gələrək finala yüksəlib. Final qarşılaşmasında isveçrəli Nils Stamı məğlub edən idmançımız qızıl medal qazanıb.
Qeyd edək ki, turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.
Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.
Turnir oktyabrın 25-dək davam edəcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir