×
A
A
A
Sazlamalar

Cüdoçu Orxan Səfərov: Azərbaycan Ordusunun uğurları ilə qürur duyuruq

Bakı, 24 oktyabr, AZƏRTAC
“Böyük dəbilqə” turnirində qazandığım medalı şəhidlərimizin xatirəsinə həsr edirəm.
Bunu Budapeştdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanan Orxan Səfərov AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycanın işğalçı Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması uğrunda haqq mübarizəsi apardığını vurğulayan idmançı bildirib: “İşğalçı Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun uğurları ilə qürur duyuruq. Otuz ilə yaxındır torpaqlarımızı işğal altında saxlayan düşmən döyüş meydanında böyük itkilər verir. Əminik ki, müzəffər ordumuz ərazilərimizi düşmənin tapdağından azad edəcək. Qarabağ Azərbaycandır!”.
Qeyd edək ki, Orxan Səfərov bürünc medala sahib olduğu qarşılaşmada qalib gəldikdən sonra hərbi salam verib.

İdman 2020-10-24 19:01:00