×
A
A
A
Sazlamalar

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə məruz qalır

Bakı, 24 oktyabr, AZƏRTAC

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.

Ordu 2020-10-24 11:30:00