×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Xankəndi və Xocavənd şəhərlərini atəşə tutmur

Bakı, 23 oktyabr, AZƏRTAC
Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd şəhərlərini guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin məlumatında bildirilib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.

 

Ordu 2020-10-23 21:47:00