×
A
A
A
Sazlamalar

Dövlət qulluğu üzrə test imtahanının nəticələrinə Apelyasiya Komissiyasında baxılacaq

Bakı, 23 oktyabr, AZƏRTAC 

İnzibati vəzifələrin A növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün oktyabrın 23-də keçirilmiş test imtahanının nəticələrinə Apelyasiya Komissiyasında baxılacaq.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Komissiya oktyabrın 26-dan 28-dək saat 14:00-dan 17:00-a kimi Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 - keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında fəaliyyət göstərəcək.
Xatırladaq ki, imtahanda iştirak edən 64 namizəddən 12-si tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Elm və təhsil 2020-10-23 17:00:00