×
A
A
A
Sazlamalar

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanlar oktyabrın 26-dək qeydiyyatdan keçməlidirlər

Bakı, 23 oktyabr, AZƏRTAC

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlər oktyabrın 26-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtinası kimi qiymətləndiriləcək. Oktyabrın 23-ü saat 15:30-a olan məlumata görə, qəbul olunan abituriyentlərin 45 faizi qeydiyyatdan keçib. Abituriyentlərin qeydiyyatı onlayn qaydada aparılır.

Elm və təhsil 2020-10-23 16:45:00