“Makkabi” - “Qarabağ” oyunu başlayıb
Bakı, 22 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Makkabi” oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, "Blumfild" stadionunda keçirilən görüşdə “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Kevin Medina, Abbas Hüseynov, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Patrik Andrade, Xayme Romero və Abdullah Zubir yer alıblar.
“Makkabi”in ilk onbirliyində isə meydana Daniel Tenenbaum, Maor Kandil, Eytan Tibi, Şeran Yeni, Enrik Saborit, Ofir Davidzade, Eyal Qolasa, Dor Perec, Dan Qlazer, Yonaran Koen və Etey Şaxtor çıxıblar.
Görüşü şotlandiyalı hakimlər briqadasına idarə edir. Qarşılaşmanın əsas hakimi Con Bitondı. Ona Frensis Konor və Daniel Makfarlan kömək edirlər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirir.
Hakimlərin işinə serbiyalı Milan Karaciç qiymət verir. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviçdi.
Qurban Qurbanovun başçılıq etdiyi komanda matça itki ilə çıxıb. Azərbaycan çempionunun heyətində Mahir Emreli zədə səbəbindən komandasına kömək edə bilmiyəcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir