×
A
A
A
Sazlamalar

Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin vətənpərvərlik mövzusunda yaradıcılıq işləri davam edir

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ordumuza dəstək məqsədilə vətənpərvərlik mövzusunda yaradıcılıq işlərini davam etdirir.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, ADMİU-nun Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru kafedrasının ikinci kurs tələbələri iki yeni videoçarx hazırlayıblar. “Qarabağ Azərbaycandır!” adlı birinci videoçarxda tələbələr Vətən, torpaq, Qarabağ haqqında bayatılar söyləyiblər. İkinci videoda isə tələbələr Həyat Şəminin “Salam əsgər” şeirini ifa ediblər.
Kursun rəhbəri Nicat Kazımov, səhnə danışığı müəllimi isə Azad Şükürovdur.

Elm və təhsil 2020-10-22 16:38:00