×
A
A
A
Sazlamalar

Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC 

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mərkəz tərəfindən yaradılan təbliğat-təşviqat qruplarının şəxsi heyət qarşısında çıxışları təşkil olunur və konsert proqramları təqdim edilir.
Bundan əlavə, ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları, eləcə də döyüşlər barədə operativ məlumatlar səsgücləndirici maşınlar vasitəsilə cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.
Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, qələbə əzmini, döyüş ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

Ordu 2020-10-22 12:06:00

Video