×
A
A
A
Sazlamalar

Siyəzən, Qəbələ və Kürdəmir rayonları Ermənistan ərazisindən raket atəşinə tutulub YENİLƏNİB

Bakı, 22 oktyabr, AZƏRTAC 

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saat 07.00 radələrində düşmən tərəfindən Siyəzən rayonu istiqamətində 3, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.
Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.
Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Ordu 2020-10-22 09:54:00