×
A
A
A
Sazlamalar

Dana Uayt: Həbib Nurməhəmmədov Castin Getji arasında qarşılaşması UFC tarixində ən böyük döyüş olacaq

Bakı, 21 oktyabr, AZƏRTAC
UFC-nin rəhbəri Dana Uayt rusiyalı döyüşçü Həbib Nurməhəmmədov və amerikalı Castin Getji arasındakı qarşılaşmanın UFC tarixində ən böyük döyüş olacağına şübhə etmədiyini deyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Dana Uayt açıqlamasında bildirib.
H.Nurməhəmmədovla C.Getji arasında döyüş oktyabrın 24-də Əbu-Dabidə baş tutacaq.
H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib.

İdman 2020-10-21 18:11:00