×
A
A
A
Sazlamalar

Tarixdə Konstruktorlar kubokunun ilk qalibi Formula 1-ə qayıtmaq niyyətini açıqlayıb

Bakı, 21 oktyabr, AZƏRTAC
İngiltərənin “Vanwall” şirkəti avtoidmana qayıtmaq istədiyini açıqlayıb.
AZƏRTAC “PistonHeads”ə istinadla xəbər verir ki, şirkət 1957-1958-ci illərdəki orijinal “Vanwall” avtomobillərinin dəqiq surəti olan altı yarış avtomobili buraxacaq. Eyni zamanda, yarış avtomobillərinin bərpasında ixtisaslaşmış “Hall and Hall”ın nümayəndələri şirkətə bu işdə kömək edəcəklər.
“Vanwall” mühərriki ilə təchiz ediləcək bu altı avtomobildən beşinin satışa çıxarılacağı planlaşdırılır ki, onların qiyməti 2 milyon dolları ötəcək.
Altıncı avtomobilin isə tarixi avtomobillərin yarışında istifadə ediləcəyi gözlənilir. Bundan əlavə, şirkət yol avtomobillərinin istehsalını qurmaq və gələcəkdə yarışlara qayıtmaq niyyətindədir.
Qeyd edək ki, tarixdə Konstruktorlar kubokunun ilk qalibi “Vanwall” komandası olub.

 

İdman 2020-10-21 17:32:00