×
A
A
A
Sazlamalar

Cari ildə ölkəyə 38,6 mindən çox avtomobil idxal olunub

Bakı, 21 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycana 462 milyon 654 min ABŞ dolları dəyərində 38 min 632 avtomobil idxal edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 129-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 36 min 36-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 2377-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 90-ı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Nəqliyyat 2020-10-21 13:25:00