×
A
A
A
Sazlamalar

Misirli Ezzeldin Bahader dünyanın ən yaşlı futbolçusu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb

Bakı, 20 oktyabr, AZƏRTAC

Yetmiş dörd yaşlı misirli Ezzeldin Bahader dünyanın ən yaşlı futbolçusu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
AZƏRTAC xəbər verir ki, 4 övlada və 6 nəvəyə sahib olan Bahader Misirin 3-cü divizionunda çıxış edən klub ilə müqavilə imzalayıb. Bununla da o, dünyanın ən yaşlı peşəkar futbolçusu adına yiyələnib.
Misirli babanın növbəti hədəfi isə oynayacağı növbəti 90 dəqiqədə qol vurmaqdır.

 

İdman 2020-10-20 18:57:00