×
A
A
A
Sazlamalar

Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb


Bakı, 20 oktyabr, AZƏRTAC

Məktəblilər arasında şahmat üzrə onlayn dünya çempionatında ilk mükafatçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, U-14 yaş kateqoriyasında çıxış edən təmsilçimiz Riad Səmədov mükafatçılar sırasında yer alıb.
İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə 7 xal qazanan idmançımız ikinci olub. Təmsilçimiz dünya çempionu olan iranlı Məhəmməd Cavad Xorşidi Paci ilə eyni xal toplayıb. Ancaq əlavə göstəricilər İran şahmatçısına qızıl medal qazandırıb.

 

İdman 2020-10-20 17:45:00