×
A
A
A
Sazlamalar

Aleksandr Boriçiç daha 4 il CEV-ə rəhbərlik edəcək

Bakı, 20 oktyabr, AZƏRTAC

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti vəzifəsinə seçkilər keçirilib.
AZƏRTAC xəbər verir ki, serbiyalı Aleksandr Boriçiç daha 4 il quruma rəhbərlik edəcək. O, konfederasiyanın 41-ci Baş Assambleyası çərçivəsində baş tutan seçkilərdə daha çox səs toplayıb. Qurumun hazırkı prezidenti Avstriya paytaxtı Vyanada keçirilən seçkidə 36 səs yığıb. Onun yeganə rəqibi olan estoniyalı Hanno Pevkura isə 19 federasiya etimad göstərib.
2015-ci ildən CEV-ə rəhbərlik edən serbiyalı ikinci dəfə bu vəzifəyə seçilib.
Qeyd edək ki, A.Boriçiç hazırda Beynəlxalq Voleybol Federasiyasının ikinci icraçı vitse-prezidentidir.

İdman 2020-10-20 17:16:00