×
A
A
A
Sazlamalar

Azərbaycan Dillər Universiteti əməkdaşının məqaləsi İndoneziya mətbuatında

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universiteti (ADU) İndoneziya araşdırmaları mərkəzinin direktoru Laura Zərbəliyevanın İndoneziyanın böyük oxucu kütləsinə malik “Radar Boqor” qəzetində “Qarabağ Azərbaycanın əzəli torpağıdır” adlı məqaləsi dərc edilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, məqalədə Qarabağ həqiqətləri və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında məlumat öz əksini tapıb. Bununla yanaşı, Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğuna dair tarixi faktlar diqqətə çatdırılıb.
Məqalədə 1990-cı illərdə Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı və bunun Azərbaycan xalqı üçün yaratdığı ağır nəticələr haqqında məlumat verilib. Yazıda aradan keçən zaman çərçivəsində Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə çalışmasına baxmayaraq, sentyabrın 27-də Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı törətdiyi təxribatlar nəticəsində yenidən başlayan döyüşlərdən bəhs edilib.
Həmçinin oktyabrın 10-da humanitar atəşkəs barədə razılığa məhəl qoymadan Ermənistanın müharibə zonasından uzaq məsafələrdə yerləşən Gəncə, Mingəçevir, Xızı və Abşerona etdiyi raket hücumlarından və bundan əziyyət çəkən sivil insanlardan söz açılıb.

Elm və təhsil 2020-10-20 11:11:00