×
A
A
A
Sazlamalar

Formula 1 Portuqaliya Qran-Prisi azarkeşsiz keçirilə bilər

Bakı, 19 oktyabr, AZƏRTAC

Portuqaliya hökuməti gələn həftə sonu Portimao avtodromunda keçiriləcək Formula 1 yarışı da daxil olmaqla idman və kütləvi tədbirlərə tamaşaçı qəbulu ilə bağlı qərarı yenidən nəzərdən keçirməyə hazırlaşır.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bunu mətbuat konfransında Baş Səhiyyə İdarəsinin direktoru Qraca Freytas deyib. Qeyd edilib ki, ölkədəki epidemioloji vəziyyət ciddi narahatlıq doğurur. Lakin bu barədə hələ rəsmi qərar verilmir. Portimao avtodromunun tribunaları 90 minə qədər azarkeşi qəbul edə bilər. Avqustda qurumun rəhbərliyi COVID-19 xəstələrinin sayı artacağı təqdirdə tamaşaçılara icazə verilməyəcəyini bildirməsinə baxmayaraq həmin ayda təxminən 30 min bilet satılıb.
Çempionatın rəsmi saytında hələ də biletlərin satışının davam etdiyi və onların 299 avroya alına biləcəyi barədə məlumatlar var.

İdman 2020-10-19 16:44:00