×
A
A
A
Sazlamalar

Formula 1 Vyetnam Qran-Prisinin ləğv olunması rəsmən elan edilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Formula 1-in hazırkı mövsümünün təqviminin son variantı avqustun sonunda yayımlandıqdan sonra yarışda debüt edəcək Vyetnam Qran-Prisinin baş tutmayacağı bəlli olsa da, yalnız bu gün yarışın təşkilatçıları mərhələnin ləğv olunduğunu rəsmən elan ediblər.
AZƏRTAC yarışın rəsmi saytına istinadla xəbər verir ki, bu addım koronavirus pandemiyası səbəbindən atılıb. Təşkilatçılar pilotlar, komandalar və azarkeşlər üçün təhlükəsiz şərait yaratmaqda çətinlik çəkdiklərini bildiriblər.
Vyetnamda Hanoy trasında təşkili nəzərdə tutulan yarışın əvvəlcə aprelin 3-5 baş tutacağı planlaşdırılmışdı. Koronavirus infeksiyasına görə, qeyri-müəyyən müddətə təxirə salınan yarışın daha sonra noyabrda keçiriləcəyi açıqlanmışdı.

İdman 2020-10-16 16:47:00