×
A
A
A
Sazlamalar

Yaponiyanın Baş Naziri: “Tokio-2020” nəyin bahasına olursa-olsun keçiriləcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Yaponiyanın Baş Naziri Yoşihide Suqa 2021-ci ildə Tokioda Paralimpiya və Olimpiya Oyunlarının nəyin bahasına olursa-olsun keçiriləcəyini açıqlayıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Baş Nazir yarışın ləğv olunmayacağını bildirib.
Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi, ancaq koronavirus pandemiyası səbəbindən yarış gələn il iyulun 23-dən avqustun 8-dək təxirə salınıb.

İdman 2020-10-16 12:38:00