×
A
A
A
Sazlamalar

Təhsil müəssisələrində yaşı 65-dən yuxarı olan əməkdaşlar tədris prosesindən kənarlaşdırılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Respublika ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində yaşı 65-dən yuxarı olan əməkdaşlar tədris prosesindən kənarlaşdırılıb. Onların fəaliyyəti əvəzlənib.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində deyib. Nazir bildirib ki, ali təhsil müəssisələrində yaşı 65-dən yuxarı olan müəllimlərin sayı daha çoxdur. Lakin onlar onlayn tədrisə cəlb oluna bilərlər.

Elm və təhsil 2020-10-16 12:03:00