×
A
A
A
Sazlamalar

Düşmən hücumları nəticəsində 340 min şagird tədrisdən kənarda qalıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Sentyabrın 27-dən etibarən başlayan Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə və obyektlərə hücumları nəticəsində 340 min şagird tədrisdən kənarda qalıb.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində deyib.
O bildirib ki, hərbi vəziyyət nəzərə alınaraq düşmən hədəfində olan, cəbhə bölgəsində yerləşən rayonlarda məktəblərin fəaliyyəti dayandırılıb.

Elm və təhsil 2020-10-16 11:25:00