×
A
A
A
Sazlamalar

“Neftçi” klubu albaniyalı futbolçu ilə müqavilə imzalayıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Bakının “Neftçi” futbol klubu növbəti transferini rəsmiləşdirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. İyirmi doqquz yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.
B.Teluşi İtaliyanın "Virtus Entella”, Albaniyanın "Flamurtari”, "Partizani”, "Kukesi” və Xorvatiyanın "Slaven Belupo” klublarında çıxış edib. Futbolçu Albaniya kubokunun, çempionatının və Superkubokunun qalibi olub. Teluşi Albaniyanın U-17 və U-21 milli komandalarının da şərəfini qoruyub.

İdman 2020-10-15 23:51:00