×
A
A
A
Sazlamalar

AFFA-nın Hakimlər Komitəsinin sədri beynəlxalq oyuna təyinat alıb

Bakı, 15 oktyabr, AZƏRTAC

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik beynəlxalq oyuna təyinat alıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının “G” qrupu çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya) oyununun hakim-inspektoru F.Stuçlik olacaq.
Görüş oktyabrın 20-də Kiyev şəhərində keçiriləcək.

İdman 2020-10-15 11:34:00