×
A
A
A
Sazlamalar

Gənclər və İdman Nazirliyinin kollektivi valideynlərini itirmiş bacı-qardaşı himayəyə götürüb

Bakı, 14 oktyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin kollektivi oktyabrın 10-dan 11-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində valideynləri Anar Əliyevi və Nurçin Əliyevanı itirmiş 16 yaşlı Sevili və qardaşı 8 yaşlı Hüseyni himayəyə götürüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollektiv Sevil və Hüseyn yetkinlik yaşlarına (18 yaş) çatana qədər onların 500 manatlıq (cəmi) aylıq təminat xərclərini üzərinə götürüb.

İdman 2020-10-14 14:55:00