×
A
A
A
Sazlamalar

Mesut Özil Azərbaycana dəstək nümayiş etdirib

Bakı, 14 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

İngiltərənin “Arsenal” klubun futbolçusu Mesut Özil Azərbaycana dəstək olub.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə “Twitter” hesabında paylaşım edib.
Almaniya yığmasının sabiq üzvü Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir” sözlərini yazıb.
Türk əsilli oyunçu “Tək millət, iki dövlət” ifadəsini də paylaşıb.

İdman 2020-10-14 01:05:00