×
A
A
A
Sazlamalar

Azərbaycan-Kipr oyununun birinci hissəsində hesab açılmayıb

Bakı, 13 oktyabr, AZƏRTAC
Futbol üzrə UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümü çərçivəsində keçirilən Azərbaycan-Kipr oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda keçirilən oyunun ilk hissəsində hesab açılmayıb.
Matçın 5-ci dəqiqəsində sarı vərəqə alan millimizin futbolçusu Anton Krivotsyuk cəzalı duruma düşüb. Turnirdə ikinci dəfə sarı vərəqə alan 22 yaşlı müdafiəçi beşinci turda Monteneqro ilə ev matçını buraxmalı olacaq.
Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan millisi yeganə qələbəsini ikinci turda səfərdə Kipr üzərində əldə edib - 1:0.

İdman 2020-10-13 20:55:00