×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycan millisi Qoridə Gürcüstan yığmasının qonağı olacaq

Bakı, 13 oktyabr, AZƏRTAC

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan millisi ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Hazırda Gürcüstan 9 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci pillədə qərarlaşıblar. İki yığma arasında 2019-cu il sentyabrın 10-da Bakıda təşkil olunmuş qarşılaşmada rəqib qalib gəlib - 3:0.
Bugünkü görüşdə baş məşqçi Milan Obradoviç Azərbaycan millisinə texniki zonadan təlimatlar verə bilməyəcək. Səbəb serbiyalı mütəxəssisin Slovakiya yığmasına 1:2 hesabı ilə uduzduqları görüşdə qırmızı vərəqə almasıdır.

İdman 2020-10-13 12:20:00